Dünya

Rusiyadan dəhşətli xəbər gəldi: 14 nəfər ölüb

Rusiyadan dəhşətli xəbər gəldi: 14 nəfər ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içkidən ölənlərin sayı 14 nəfərə çatıb.

Oxu.com-un  RİA Novosti-yə istinadən xəbərinə görə, hadisə nəticəsində daha 8 nəfər zəhərlənib.

Hüquq-mühafizə orqanları işkinin satışını həyata keçirən 3 satıcını saxlayıblar.

Ölənlərin qanında metanol maddəsi tapılıb. Həkimlərin açıqlamasına görə, aşkar edilən metanol ölümcül dozadan dəfələrlə çox olub.

Hadisə ilə əlaqədar Orenburq vilayətinin qubernatoru Denis Pasler bölgəsinin ərazi rəhbərləri ilə təcili toplantı keçirib. Qubernator əhaliyə qanunsuz alkoqollu içkilərin alınmasının və qəbul edilməsinin yolverilməzliyi barədə məlumat verməyi tapşırıb.

Faktla bağlı cinayət işi açılıb.