Dünya

“RUSİYANIN HÜCUMU BOĞULUR…” – “Gerasimov Kremldən səfərbərlik tələb edir”

“RUSİYANIN HÜCUMU BOĞULUR…” – “Gerasimov Kremldən səfərbərlik tələb edir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Rusiya qoşunları Avdeyevkanı işğal edəndən sonra bir qədər irəliləsə də, böyük itkilərə rəğmən elə bir ciddi uğura nail ola bilməyib.

7Times.az  xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiya qoşunlarının hücum potensialının tükəndiyini və kütləvi səfərbərliyə ehtiyac yarandığını bildirib: “Bildirə bilərik ki, Rusiyanın hücumu boğulur. Onu bərpa etmək üçün isə nə güc, nə də vasitə var. Əgər onlar qoşunları başqa əməliyyat istiqamətlərinə keçirməyə başlasalar, o zaman biz təzyiq göstərməyə və irəliləməyə başlayacağıq. Cəbhənin istənilən sahədə zəifləməsi onun çökməsinə səbəb ola bilər. Bu gün strateji baxımdan vəziyyət 50-nin 50-yə olmaqla tarazlaşdırılıb”.

O, bildirib ki, Ukrayna Silahlı Qüvvələri cəbhədə praktiki olaraq paritet əldə edir: “İşğalçı tərəfin hələ də cüzi üstünlüyü var, onlar hələ ki, üç istiqamətdə (Baxmut, Avdeyevka və Novopavlovsk) təzyiq göstərməyə çalışırlar. Bütün digər istiqamətlər statikdir. Əgər nəzərə alsaq ki, indi onlar Luqansk vilayətindəki qüvvələrin bir hissəsini çıxarmaq və Belqoroda, Kurska köçürmək məcburiyyətində qalıblar, o zaman vəziyyət aydın olur. Rusiya qoşunları indi əsas vəzifələrinə – Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmağa nail ola bilməyəcəklər. Əgər Luqanskda işğal olunmamış ərazilərin 4-5%-i qalıbsa, Donetskdə bu, daha çoxdur və inzibati sərhədə çatmaq qeyri-real hədəfdir… Bu vəzifə işğalçı komandanlıq üçün həllolunmazdır. İşğalçı ordunun döyüş qabiliyyətinə baxın. Hazırda Kremllə Rusiya Müdafiə Nazirliyi arasında qızğın müzakirələr gedir. Rusiya Baş Qərargah rəisi Gerasimov təcili səfərbərlik keçirilməsində israrlıdır. Ehtiyatlar sonsuz deyil. Qüvvələr tükənmək üzrədir”.

Onun sözlərinə görə, rus qoşunlarının irəliləmə tempi hər ötən həftə getdikcə aşağı düşür.

Onu da qeyd edək ki, əksər müşahidəçilər seçkidən bir müddət sonra Putinin növbəti səfərbərliyə gedəcəyini proqnozlaşdırırlar.

“AzPolitika”