Dünya

“Rusiyanın təhrik etdiyi müharibəyə son qoyulmalıdır” – Mayk Conson

“Rusiyanın təhrik etdiyi müharibəyə son qoyulmalıdır” – Mayk Consonbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evdə Donald Tramp və Volodimir Zelenski arasında baş tutan qalmaqallı görüşdən sonra ABŞ siyasi elitasından fərqli qiymətləndirmələr gəlməkdədir.

7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson “Rusiyanın təhrik etdiyi müharibəyə son qoyulmalıdır” deyib.

Gözlənilənin əleyhinə olaraq, Conson Zelenskini yox, Rusiyanı ittiham edib: “Prezident Trampın sayəsində Amerikanın istifadə olunduğu və nifrət edildiyi günlər geridə qaldı. Rusiyanın qızışdırdığı müharibənin gətirdiyi ölümlər və dağıntılar dərhal başa çatmalıdır və yalnız bizim Amerika prezidentimiz bu iki ölkəni uzunmüddətli sülh yoluna çıxara bilər”.

Həmçinin, Consonun fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski Trampın masaya gətirdiyi mineral sərvətlər üzrə tərəfdaşlıq təklifini qəbul etməli idi.