Dünya

“Rusiyaya ona görə rüsum tətbiq etmirik ki…” – Tramp açıqladı

“Rusiyaya ona görə rüsum tətbiq etmirik ki…” – Tramp açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hazırda Rusiya ilə faktiki olaraq heç bir ticarət aparmır, ona görə də ona əlavə rüsumlar tətbiq etməyib.

7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib.

“Rusiya ilə tarifləri müzakirə etməməyimizin səbəbi onlarla çox iş görməməyimizdir”, – Tramp qeyd edib.

ABŞ Prezidenti Rusiya və Ukrayna ilə aparılan danışıqlar barədə isə çox qısa danışıb. O deyib ki, ABŞ Rusiya və Ukrayna ilə danışıqlar aparır və münaqişənin həlli üçün addımlar atır. Tramp qeyd edib ki, insan tələfatına səbəb olan davamlı zərbə mübadiləsindən “xoşbəxt deyil”: “Biz Rusiya ilə danışıqlar aparırıq, Ukrayna ilə danışıqlar aparırıq, yaxınlaşırıq”.

“AzPolitika.info”