Aktual

Saakaşvilinin münəccimliyi: “Ukrayna Xersonu da, Mariupolu da itirəcək…”

Saakaşvilinin münəccimliyi: “Ukrayna Xersonu da, Mariupolu da itirəcək…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gürcüstan sərhədini qanunsuz keçməkdə suçlanan sabiq prezident Mixail Saaakaşvilin Tiflis məhkəməsində mühakimə olunduğu günlərdə Ukrayna müharibənin “ürəyi hesab olunan” Mariupola nəzarəti itirdi. Həbsindən əvvəl Ukrayna İslahatları üzrə İcraiyyə Komitəsinin rəhbəri olan Mixail Saakaşvili Mariupolu kurasiya edib.

Saakaşvili Mariupolu “ikinci Batumi”yə çevirmək istəyirdi və bu şəhərdə tez-tez olurdu. Təsadüfi deyil ki, sabiq prezidentin anası Giuli Alasania oğlunun Ukraynada olduğu son üç ayda Mariupolu tərk etmədiyini deyib. “Bu gün dünyanın diqqəti Mariupoldadır. 2014-cü ildən Mariupol oğlumun nəzarətində idi. O, bu kritik günlərdə Ukrayna üçün çox lazımdır”. Onun sözlərinə görə, Mariupolda “bir çox təşəbbüslər” oğlunun adı ilə bağlıdır. Qeyd edək ki, Saakavşili həbsxanada mütəmadi olaraq onu Ukraynaya qaytarmağı xahiş edir.

Odessa vilayətinin keçmiş qubernatoru, son olaraq isə Ukrayna İslahatları üzrə İcraiyyə Komitəsinin rəhbəri olan Saakaşvili hələ aylar öncə Rusiyanın Mariupol və Xersonu Ukraynadan qoparacağı barədə xəbərdar etmişdi. Saakaşvili ötən ilin əvvəlində çıxış etdiyi Ukrayna telekanallarından birində demişdi ki, Moskvaya Krımı saxlamaq, o cümlədən yarımadanı su ilə təmin etmək üçün mütləq Mariupol və Xersona nəzarət etməlidir . Ukrayna İslahatları İcraiyyə Komitəsinin rəhbəri olanda Mariupol məhz Saakavşilin kurasiyasında olub, bu səbəbdən bu şəhərdə dəfələrlə olub və buranı çox bəyənib. Onun Azov dənizdə yağışda üzdüyünə dair video da var.
Mixail Saakaşvili Mariupolu cəbhə bölgəsindən Batumi kimi turistik şəhərə çevirəcəyinə və hətta hava limanı tikəcəyinə vəd edib. O, Batumi möcüzəsinin müəllifi hesab olunan Levan Varşalomidzeni Mariupola dəvət etmişdi də… “Biz Mariupola əylənmək üçün gəlməmişik, mən Levan Varşalomidzeni bura gətirmişəm, o, “Batumi möcüzəsinin” müəllifidir. Mən burada görürəm ki, Mariupol da Batumi kimi gözəl turizm potensialına malikdir. Levan və mən Ukrayna biznesini burada hotellər, restoranlar açmağa təşviq etmək istəyirik ” deyə, Saakavşili bildirmişdi. Saakaşvili iki il ərzində bu planlarını gerçəkləşdirmək niyyətində olduğunu bildirmişdi.

 

Maraqlıdır ki, sonralar hava limanının tikintisindən danışarkən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Ruslan Xomçakın bu məsələdə müqavimət göstərməsini sərt tənqid etmişdi. “Deputatlarla birlikdə biz Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Xomçakın uzun müddətdir Mariupolda hava limanının açılmasına icazə verməyən tamamilə axmaq müqavimətini dəf etməyə çalışacağıq. Baş Qərargah rəisinin belə bir qərarını ağılsızlıqdan başqa adlandıra bilmərəm” deyə, Saakaşvili bildirmişdi.

Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tiflisdə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. (Musavat.com)