Bir neçə gün öncə “Neolit” şadlıq sarayında karantin rejimini pozaraq toy məclisi keçirilməsi ilə bağlı restoranın inzibatçısı 10 sutka həbs edilib.
7times.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nizami RPİ-25-ci Polis Şöbəsinin tərtib etdiyi protokola aprelin 3-də rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə baxılıb. İnzibatçı Qarayev Fuad Hafiz oğlu “Neolit” şadlıq sarayında toy mərasiminin keçirilməsinə şərait yaradaraq xüsusi karantin rejiminin qaydalarını pozmaqda təqsirləndirilib. Unikal.org-un isə əldə etdiyi məlumata görə, “Neolit” restoranının sahiblərindən biri Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovdur.
Qeyd edək ki, Arif Qasımovun qaynı İsrafil həmin restoranın müdiridir.
Follow @7timesaz