Cəmiyyət

İribuynuzlu mal-qaranın oğurlanması ilə bağlı DİN-dən AÇIQLAMA

Şabranda iribuynuzlu mal-qaranın oğurlanması ilə bağlı DİN-dən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayonunda vətəndaşın iribuynuzlu mal-qarası oğurlanıb.

7times.az-ın məlumatına görə, hadisə rayonun Başəmirxanlı kəndində baş verib.

Vətəndaş Ağayev Nahid İlqar oğluna məxsur mal-qara oğurlanaraq qonşu kəndə satılıb.

Zərərçəkmiş iddia edir ki, üç baş inək və bir dana olmaqla onun dörd iribuynuzıu mal qarasını oğurlayıb qonşu kəndə satan öz qohumu olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupunun baş inspektoru Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bəzi xəbər saytlarında “Şabran rayonu Başəmirxanlı kəndində vətəndaşın iri buynuzlu malqarası oğurlayaraq qonşu kəndə satıldı” başlığı ilə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Qeyd edilən hadisə ilə bağlı Şabran Rayon Polis Şöbəsinin Təhqiqat qrupu tərəfindən araşdırmalar aparılır. Vətəndaş Nahid Ağayev iribuynuzlu heyvanları yaxın qohumu  Gülhəsənə saxlamaq və alıcı tapdıqda satmaq məqsədi ilə verib. Bir müddət sonra isə Gülhəsən dayısının etibarından istifadə edərək həmin heyvanları Cavad adlı şəxsə 2000 manata satıb.

Dayısı N.Ağayev ondan iribuynuzlu heyvanların pulunu istəyəndə isə Gülhəsən pulları xərclədiyini bildirərək, ödəməyə imkanı olmadığını deyib. Daha sonra N.Ağayev ona dəymiş maddi ziyana görə Şabran RPŞ-nə müraciət edib və hal-hazırda bu məsələ ilə bağlı Təhqiqat qrupunda araşdırmalar aparılır”.