Aktual

Şahbaz Quliyevin də saxlanıldığı yer məlum oldu

Şahbaz Quliyevin də saxlanıldığı yer məlum oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2014-cü ildən erməni girovluğunda saxlanılan Şahbaz Quliyev Dilqəm Əsgərovla eyni türmədədir.

7times.az xəbər verir ki, bu barədə Modern.az-a girovun qardaşı İlham Quliyev məlumat verib.

İ.Quliyev deyib ki, bu barədə ailə üzvlərinə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşı məlumat verib:

“Bizə iki gün əvvəl bildirdilər ki, qardaşım Şahbaz Quliyev Ermənistyanın  Şırak rayonundakı “Atik” türməsindədir. Səhhətinin normal olduğunu dedilər. Başqa hər hansı məktub, informasiya yoxdur. Erməni əlində səhhət nə qədər “normal” ola bilirsə, yəqin o cürdür sağlamlığı”.

Qeyd edək ki, noyabrın 17-də Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının əvvəlcə Gorusa, daha sonra Şırakdakı “Artik” türməsinə aparıldığını bildirib.

Qeyd edək ki, Şuşanın Azərbaycan ordusu tərəfindən azad olunmasına qədər girovlar Şuşa qalasında saxlanılırdılar.