Ölkə

Sahil Babayev çıxardı, Mikayıl Cabbarov vəzifə verdi – FOTO

Sahil Babayev çıxardı, Mikayıl Cabbarov vəzifə verdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinə yeni müavin təyin edilib.

7Times.az Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nazim Qasımzadə İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Qasımzadə 2009–2026-cı illər ərzində Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində zəngin fəaliyyət yolu keçib. 2009-cu ilin aprelindən 2022-ci ilin aprelinədək İnformasiya Texnologiyaları (İT) şöbəsinin rəisi, 2022-ci ilin aprel–avqust aylarında Agentliyin direktor əvəzi, 2022-ci ilin avqustundan 2026-cı ilin yanvarınadək isə Dövlət Xəzinədarlığı Agentliyinin direktoru vəzifəsini icra edib. O, cari ilin yanvarında maliyyə naziri Sahil Babayevin müvafiq əmrilə, Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsindən azad edilib.

Bundan sonra bir neçə ay işsiz qalan  N.Qasımzadə bu ilin aprel–iyul aylarında “B&B Security” şirkətində Direktorlar Şurasının sədri vəzifəsində çalışıb.

1557291