Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliyaya uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra üzr istəyib.
7Times.az-ın məlumatına görə, 26 yaşlı qolkiper bu barədə instaqram hesabından paylaşım edib.
“Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik”, – deyə Məhəmmədəliyev bildirib.
Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Follow @7timesaz