Aşağı Saksoniyada yerləşən Marienburg ən gözəl Alman qəsrlərindən biridir. Hannoverin sonuncu kralı V Qeorg üçün bu yay iqamətgahı 19-cu əsrdə tikilmişdir.
Tikildiyi gündən Marienburg Velf ailəsinə məxsus olub. 2019-cu ildən bəri qəsrin gələcəyi ilə bağlı mübahisələr gedir. Problem ondadır ki, onun saxlanması baha başa gəlir və təmir üçün 27 milyon avrodan çox vəsait tələb olunur. Velflər hətta Marienburqu Aşağı Saksoniya hökumətinə satmaq istəyirdilər, amma fikirlərini dəyişiblər. Nəticədə qəsr bütün atributları ilə birlikdə xüsusi yaradılmış fondun tərkibinə keçib. İndi Hannover şahzadəsi Ernst Avqust Marienburqun geri qaytarılmasını tələb edir və öz oğlu Ernst Auqusta qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İlk iclas noyabrın 25-nə təyin edilmişdir.
Qeyd edək ki, frank mənşəli ən qədim Avropa sülalələrindən biri sayılan Velf Evinin nümayəndəsi olan Hannover Şahzadəsi, 38 yaşlı Ernst Avqust 2017-ci ildə Londondan olan rus əsilli dizayner Yekaterina Malışeva ilə ailə qurub. virtualaz.org
Follow @7timesaz