Bir çox cütlük arasında əsas problemlər evlilik sonrası başlayır. Bunun müxtəlif səbəbləri olur. Amma çox hallarda “mənim nişanlandığım adamla, evləndiyim adam eyni deyil” deyir və bunu bəhanə gətirərək evliliklərinə son qoyurlar.
Bəs, doğru olan hansıdır? İnsan özünü, əsl kimliyini yaxşı gizlətməyi bacarıb yoxsa həqiqətən də evlilik insanı dəyişir?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Moderator.az-a danışıb.
Psixoloq cütlüklərin belə halların qarşısını almaq üçün öncədən hansı proseslərdən keçməli olduğunu da qeyd edib:
“İnsan dəyişirmi? Əlbətdəki dəyişir. Yaxşı və pis tərəfə dəyişən insanlar var. Özünü inkişaf etdirən insanlar zamanla münasibətində də problemlər yaşaya bilir, əgər qarşı tərəf öz üzərində çalışmırsa. Yaxud təsirə düşən insanlar var ki, münasibətinə də təsirsiz keçmir.
Evlilik məsələsinə gəlincə isə evlilik öncəsi “ Həri”, nişan cütlüklərin bir- birlərini tanıması üçün ayrılan zamandır. Əlbətdəki tam yüzdə yüz tanımaq mümkün olmasa da, düşüncədə suallarına cavab olaraq ümumi psixoloji portret yaratmaq olur, evlənə bilərəm ya yox? Uğursuz nigahlarda mütləq xəbərdarlıq davranışları olur. Sadəcə “ toydan sonra düzələr, yaxud bir uşaq olar düzələr “ kimi bəhanələrlə özlərini aldadırlar ki, indiki zamanda heç nə düzəlmir, əksinə daha da bərbad vəziyyət alır. Müasir dünyada cütlüklər evlilik öncəsi psixoloqa, hətta sekspotoloqa həm cinsəl istək və frekanslarının, həm psixoloji olaraq uyğunlaşmalarına əmin olmaq üçün müraciət edirlər. Əvvəlki illərdə insanlar ailə, uşaq sahibi olmağı düşünürdüsə, bu günün cütlüyü üçün, cinsəl hissləri, duyğuları, anlayış daha ön planda dayanır. Əgər cinsəl istəyi tamamlanmırsa, anlayış görmürsə evliliyi davam etdirmək üçün özünü məcburiyyətə sövq etmir. Bir az öncəki seansımda 3 ayın evli cütlüyü müraciəti kimi. Bəy xanıma ona qarşı cinsi istəyin olmadığını deyir. Xanım evliliyi sürdürmək istəyir, bəy isə cinsəl olaraq xəyal qırıqlığı yaşadığını deyir. “ Mən özümə standart arvad yox, xanım istəyirəm” bildirir. Bu səbəbdən evliliyə tələsmək yanlışlıqdır. Keçmiş əsrlərdə də qızlar nə qədər çox özlərini inkişaf elətdirirdilər, bir o qədər yüksək təbəqəli ziyalı insanla evlənmə şansı artırdı. Mən hər zaman valideynlərə deyirəm qızlarınızı gələcəyin arvadı yox, xanımı olaraq yetişdirin. Xanım olmaq üçün yalnız savad deyil, manera, etik qaydalar, hobbilərdən rəqs, yaradıcılıq, seksual çakraların işlənməsi, özünə dəyər, qürur, zəriflik və sairə kimi xanımlığın sirrlərini öyrətməklə, uğurlu nigah imza atmaqdır. Kişi qaydaları yaradan, qadın isə idarə edici qüvvədir. Evlilik xətrinə yanlış insanla nigaha girməkdənsə, tək özünü yetişdirmək daha məntiqlidir. Üzərində çalışan insan ona nə lazım olduğunu dəqiq bilir.”
Follow @7timesaz