İdman

Şəhriyar Məmmədyarovdan iki qələbə

Şəhriyar Məmmədyarovdan iki qələbəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində həlledici mərhələnin ilk qarşılaşmaları keçirilib.

7times.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanla birinci matçda qarşılaşıblar. Dörd partiyadan ibarət matçda təmsilçimiz iki qələbə qazanıb, ikisində isə məğlub olub. Çempionluq uğrunda norveçli Maqnus Karlsen ilə ABŞ təmsilçisi Hikaru Nakamura arasında qarşılaşma davam edir. Üç partiyanın nəticəsinə görə, M.Karlsen 2:1 hesabla öndədir.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-də başa çatacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.