Ölkə

Şəmkir Rayon İcra Hakimiyyətindən “ƏLAMƏTDAR TENDER”

Şəmkir Rayon İcra Hakimiyyətindən “ƏLAMƏTDAR TENDER”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəmkir Rayon İcra Hakimiyyəti bu iki şirkəti tender qalibləri seçdi.
Şəmkir Rayon İcra Hakimiyyətinin elan etdiyi 2 tenderin qalibini açıqlayıb.
7Times.az xəbər verir ki, maşın və avadanlıqların satınalınması ilə bağlı elan etdiyi 12.981,18 AZN-lik tenderin qalibi “PROFESSİONAL DESİGN ARCHİTECTURE AND CONSTRUCTİON” MMC olub.
İcra hakimiyyətinin “sair xərclər (Şəmkir rayonunda dövlət bayramları və əlamətdar günlərlə bağlı tədbrilərin keçirilməsi və bunun üçün zəruri olan malların satınalınması)” ilə bağlı elan etdiyi 44.441,16 AZN-lik tenderin qalibi isə “BAKU HOLİDAY” MMC olub.Məlumat üçün bildirək ki, “PROFESSİONAL DESİGN ARCHİTECTURE AND CONSTRUCTİON” MMC-nin qanuni təmsilçisi Gündüz Rafik oğlu Nəzərovdur.Onun nizamanmə kapitalı 100 AZN-dir.

“BAKU HOLİDAY” MMC-nin qanuni təmsilçisi isə Ramil Nürəddin oğlu Rzayevdir.Onun nizamnamə kapitalı isə 100 AZN-dir.