Dünya

SEPAH BƏƏ-yə xəbərdarlıq edib

SEPAH BƏƏ-yə xəbərdarlıq edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şəhərlərindəki raket buraxılış yerlərini vurmağı qanuni hesab edir.

7Times.az xəbər verir ki, bu barədə SEPAH-ın “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının sözçüsü bildirib.

Onun sözlərinə görə, BƏƏ şəhərlərindəki dəniz limanlarında və hərbi bunkerlərdə yerləşən Amerika raket buraxılış məntəqələrini vura bilərlər.

“BƏƏ-nin müsəlman əhalisini hər hansı bir zərər görməmələri üçün şəhərlərdəki limanları və ABŞ sığınacaqlarının yerləşdikləri bölgələri tərk etməyə çağırırıq”, – qeyd olunub.