Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir.
7times.az xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışı keçirilib.
Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) təmsil edib.
Əşrəf Aşırov, Abubakr Abakarov və Osman Nurməhəmmədov çempion olub. İslam İlyasov və Aydın Əhmədov ikinci, Əliabbas Rzazadəylə Sabir Cəfərov isə üçüncü yeri tutub.
Beləliklə, millimiz yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Follow @7timesaz