Aktual

Səudiyyə şirkətləri Qarabağa sərmayə qoymaq istəyir

Səudiyyə şirkətləri Qarabağa sərmayə qoymaq istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səudiyyə Ərəbistanının bir sıra şirkətləri var ki, onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə qoyuluşunda maraqlıdır və bu sahədə gələcəkdə rol oynayacaqlar”.

Bunu Modern.az-a müsahibəsində Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdulla bin Səud bin Xudeyr bildirib.

“Bu da Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Səudiyyə Ərəbistanının rəhbərliyinə olunan dəvətə əsaslanır. Belə ki, investisiya üçün həmin ərazidə münasib şərait və  əlverişli imkanlar olduğu təqdirdə Səudiyyə Ərəbistanının şirkətləri işğaldan azad edilmiş ərazilərə sərmayə qoymağı nəzərdə tutur”, – deyə səfir vurğulayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdulla bin Səud bin Xudeyrin müsahibəsi tezliklə Modern.az saytında dərc olunacaq.