Andrey Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.
7times.az xəbər verir ki, bu barədə Şevçenko İnstaqram səhifəsində yazıb.
“Bu gün Ukrayna Futbol Federasiyası ilə müqaviləmin müddəti başa çatdı. Müasir futbol oynamağa qadir olduğumuzu sübut edən zəhmət idi. Hər kəsə təşəkkür edirəm”, – Şevçenko bildirib.
Qeyd edək ki, Andrey Şevçenko Ukrayna millisinə 2016-cı ildən rəhbərlik edirdi.
Follow @7timesaz