İdman

“Sevincimin həddi-hüdudu yoxdur” –  Məmmədyarov

“Sevincimin həddi-hüdudu yoxdur” – Məmmədyarovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Sevincimin həddi-hüdudu yoxdur”.

7times.az xəbər verir ki, bu sözləri Azərbaycan şahmat millisinin qrossmeysteri Şəhriyar Məmmədyarov öz feysbuk hesabında etdiyi paylaşımda yazıb.

Zəngilanda dünyaya gələn şahmatçı öz sevincini bölüşüb: “Təşəkkür edirik Ali Baş Komandanımıza, təşəkkür edirik Azərbaycan əsgərinə! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!”.