İdman

Şeydayev yenidən “Qarabağ”da

Şeydayev yenidən “Qarabağ”dabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” heyətinə azərbaycanlı futbolçu ilə gücləndirib.

7times.az futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu “Sabah”ın hücumçusu Ramil Şeydayevi transfer edib.

Onunla yaxın saatlarda müqavilə imzalanacaq. Azərbaycan millisinin hücumçusu yeni klubuna azad agent statusunda keçəcək. Çünki onun “Sabah”la müqaviləsinin müddəti ötən gündən etibarən bitib.

Xatırladaq ki, Şeydayev 2017/18 mövsümündə də “Qarabağ”da çıxış edib. Lakin həmin vaxt o, Türkiyənin “Trabzonspor” klubundan icarəyə götürülmüşdü. Ramil o zaman Ağdam təmsilçisində 15 oyun keçirmiş və cəmi 1 qolla yadda qalmışdı.

Millimizin hücumçusu “Trabzonspor”, “Sabah” və “Qarabağ”la yanaşı, “Zenit, “Rubin”, “Jilina”, “Krılya Sovetov”, “Dinamo” (Moskva) komandalarında da forma geyinib.