Dünya

Şimali Koreya Yapon dənizi istiqamətinə qısamənzilli ballistik raketlər buraxıb

Şimali Koreya Yapon dənizi istiqamətinə qısamənzilli ballistik raketlər buraxıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya ordusu Qanqvon əyalətindən iki qısamənzilli ballistik raket buraxıb.

Raketlər Yaponiyanın Yapon dənizindəki iqtisadi zonasından kənara düşüb.

Bundan əvvəl Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsi Şimali Koreyanın Yapon dənizi istiqamətində naməlum ballistik raket atdığını bildirib.

Xatırladaq ki, Cənubi Koreya donanması Sarı dənizdə ABŞ hərbçilərinin də iştirak etdiyi genişmiqyaslı təlimlər keçirib.

Təlim Şimali və Cənubi Koreyanın sərhəd xətti yaxınlığında Şimali Koreyanın təxribatlarına cavab vermək üçün ordunun birləşmiş dəniz əməliyyat imkanlarını artırmaq məqsədi daşıyır.