Dünya

Şimali Koreyadan gözlənilməz addım: Nüvə reaktoru işə saldı.

Şimali Koreyadan gözlənilməz addım: Nüvə reaktoru işə saldı.backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı daxilində fəaliyyətini davam etdirən Beynəlxalq Atom Enerjisi Agentliyi, 2018-ci ildən etibarən bağlanan Yongbyon Nüvə Reaktorunun yenidən işə başladığını açıqlayıb. 

7Times.az xəbər verir ki, son zamanlar beynəlxalq ictimaiyyətin gözü qarşısında sakit bir mövqe tutan Şimali Koreyanın səssizcə nüvə reaktoru işlətdiyi ortaya çıxıb.

Plutonyum istehsal edən Yongbyondakı reaktorun fəaliyyətinin davam etməsi ilə bağlı hesabat dərc edən Beynəlxalq Atom Enerjisi Agentliyi, “Bu addım Şimali Koreyanın nüvə silahlarının əhatə dairəsini genişləndirməsinə səbəb ola bilər”,- deyə  açıqlama yayıb.