Siqaretə görə yol qəzası: Ağır yaralananlar var

Bakı-Şamaxı magistral avtomobil yolunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Siqaretə görə yol qəzası: Ağır yaralananlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Şamaxı magistral avtomobil yolunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7times.az-ın məlumatına görə, hadisə magistral yolun 20-ci km-də qeydə alınıb. Belə ki, sürücü siqaret çəkmək üçün avtomobilini yolun kənarında saxlayıb. Bu zaman arxadan gələn yük avtomobili minik avtomobilinə çırpılıb.

Hadisə zamanı 5 yaşlı Kərimov Yusif Rüfət oğlu, 1962-ci il təvəllüdlü Qarayeva Xuraman Atamoğlan qızı, 1983-cü il təvəllüdlü Acanov Vüsal Azad oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı Y.Kərimova qapalı kəllə-beyin travması, sol qamış sümüyünün yerdəyişən sınığı və təpə-ənsə nahiyəsinin cırılmış yarası, X.Qarayevaya qapalı kəllə-beyin travması və təpə-ənsə nahiyəsinin cırılmış yarası, V.Acanova isə qapalı kəllə-beyin travması, baş nahiyəsinin cırılmış yarası diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.