“Mançester Siti” əlaqəli tərəflərlə alqı-satqı məsələsinə görə Premyer Liqanı məhkəməyə verib.
7Times.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
“Siti” 2024-cü ilin iyununda bənzər bir hadisədən sonra Premyer Liqa idarə heyətini ayrı-seçkilikdə ittiham edərək ikinci dəfə əlaqəli tərəf əməliyyatları ilə bağlı məhkəməyə müraciət edib. İddia klubların komanda sahibləri ilə əlaqəli şirkətlərlə sövdələşməsini qadağan edən qaydadan irəli gəlirib.
Xatırladaq ki, 2023-cü ilin fevralında “Mançester Siti” 2009/10 mövsümündən 2017/18 mövsümünə qədər yol verilən 100-dən çox maliyyə pozuntusunda ittiham olunur.
Follow @7timesaz