İdman

Sivas valisi “Qarabağ”ı ziyarət etdi

Sivas valisi “Qarabağ”ı ziyarət etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda Türkiyədə “Sivasspor”la qarşılaşacaq “Qarabağ” oyundan öncə xoş sürprizlə qarşılaşıb.

7times.az bildirir ki, Sivas valisi Salih Ayhan və digər rəsmilər komandanın qaldığı otelə gəliblər.

Qonaqları “Qarabağ”ın direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər rəsmilər qarşılayıblar. Onlara xatirə olaraq “Qarabağ” forması hədiyyə olunub. S.Ayhan komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və “Qarabağ”ı Sivasda görməkdən qürur duyduğunu bildirib.

Qeyd edək ki, bu gün “Yeni Sivas 4 Eylül” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.