Cəmiyyət

Siyəzən sakini Bakıda silahla tutuldu

Siyəzən sakini Bakıda silahla tutuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda əməliyyat keçirilib.

7times.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M.Nadirov həbs olunub.

Onun Bakı şəhərində yaşadığı mənzilə baxış zamanı oradan “Makarov” markalı tapança və 6 ədəd patron aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.