Siyəzən

Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb

Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən birinin meyiti tapılıb.

7Times.az AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında 3 yeniyetmə dənizdə batıb. Dənizdə boğulanlar Zarat kənd sakinləri Manafov Mehdi Elgün oğlu, Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini Əhmədov Nemət Əbdül oğludur.

Hazırda axtarışlar davam etdirilir.