Hadisə

Siyəzəndə minik avtomobili yük avtomobilinə çarpılıb: 3 nəfər ölüb

Siyəzəndə minik avtomobili yük avtomobilinə çarpılıb: 3 nəfər ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzəndə 3 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 11 fevral tarixində DİN-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Yol-nəqliyyat hadisəsi bu gün saat 15:20 radələrində H.Əliyev küçəsində qeydə alınıb. Şabran rayon sakini, 31 yaşlı Nicat Məmmədovun idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çarpılıb.

Qəza nəticəsində sürücü xəsarət alıb, avtomobildə olan 3 nəfər şərnişin isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.