Siyəzən rayon Nizami Gəncəvi 13 ünvanında yaşayan Qoçaliyev Taleh rayon rəhbərliyinin onlara heç bir yardım etmədiyini bildirir.
Qeyd edək ki, Taleh Qoçaliyevin atası birinci Qarabağ döyüşlərində şəhid olub. Şəhid övladının sözlərinə görə o dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsə də, ona çox cüzi ərzaq yardımı edilib.
“YAŞAT” fonduna müraciət etdikdə isə ona fondun yalnız 2-ci Qarabağ döyüşlərin də şəhid olmuş və yaralanmış şəxslərə baxdıqlarını bildiriblər.
7times.az-ın məsələ ilə bağlı hazırladığı reportajı sizə təqdim edirik:
Follow @7timesaz