Dünya

Soçi görüşündən sonra ermənilər KÜÇƏLƏRƏ TÖKÜLDÜLƏR: Biz erməniyik, türkləri və türkləşmişləri RƏDD EDİRİK

Soçi görüşündən sonra ermənilər KÜÇƏLƏRƏ TÖKÜLDÜLƏR: Biz erməniyik, türkləri və türkləşmişləri RƏDD EDİRİKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz heç bir şəkildə özümüzü məhv etməyə imkan verməməliyik. Bizi qurban statusuna salmaq istəyirlər ki, biz türklərin qarşısında başımızı aşağı salaq. Onlar bizim kimliyimizi məhv etmək istəyirlər”.

Metbuat.az erməni KİV-nə istinadla xəbər verir ki, bu fikirlər İrəvanda Respublika meydanında “Azadlıq Hərəkatı”nın çağırdığı növbəti mitinqdə deyilib. Mitinq iştirakçıları, ötən gün Soçidə keçirilən üç tərəfli görüşün nəticələrinə etiraz edərək bildiriblər ki, heç bir şəraitdə o torpaqlardan çıxmayacaqlar.

“Onlar, erməni kimliyini aradan qaldırmaq, bizi ruhən sındırmaq istəyirlər, bundan sonra fiziki məhvimiz bir neçə saat olacaq. Amma biz buna imkan verməyəcəyik. Mən erməniyəm, biz erməniyik, sən ermənisən. Heç kimə icazə verməyəcəyəm ki, vətənimi türklərə versin. Vətənimin hər daşı mənim üçün müqəddəsdir. Biz türkləri və türkləşmiş insanları rədd edirəm, ona görə də aksiyadayıq” deyə aksiya iştirakçıları etiraz ediblər.