Siyasət

SON DƏQİQƏ: Ermənistanın şimalını Gürcüstanla birləşdirən avtomobil yolu da Azərbaycana veriləcək

SON DƏQİQƏ: Ermənistanın şimalını Gürcüstanla birləşdirən avtomobil yolu da Azərbaycana veriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan ölkəsində baş verən proseslərdən danışarkən Paşinyan hakimiyyətinin yürütdüyü siyasətin təhlükələrindən söz açıb.

7Times.az erməni mətbuatına istinadən xəbər verir ki,  Abovyan son prosesləri belə şərh edib:

1. Ermənistan Zəngəzurda delimitasiyanın birinci mərhələsini ört-basdır etdi.  Artıq Zəngəzurun bir hissəsi rəsmi olaraq Azərbaycan ərazisi hesab edilir. Söhbət dövlətlərarası Gorus-Qafan yolundan gedir. Bu ərazilər SSRİ xəritələrinə əsaslanaraq Azərbaycan gtorpaqları kimi təqdim edilir.

2. Azərbaycan artıq nümayiş etdirdi ki, Ermənitanın cənub hissəsini ölkənin digər əraziləri ilə ayırmaq imkanına malikdir. Həmçinin İran-Ermənistan logistik əlaqələrini də bağlamağa qadir olduğunu sübuta yetirdi.

3. Ermənistan hakimiyyəti bizi Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına hazırlayır. Lakin Türkiyənin Ermənistanla sərhədləri açmağa hansı şərtlərlə razı olacağı haqda heç bir məlumat verilmir və bu gizli saxlanılır.

4.Ermənistan hakimiyyəti böyük ehtimalla Ermənistanın şimalını Gürcüstanla birləşdirən dövlətlərarası avtomobil yolunun bir hissəsini də ilin sonuna qədər Azərbaycanın nəzarətinə verəcək.

İndi təsəvvür edin ki, Türkiyə-Azərbaycan qoşunları eyni vaxtda respublikanın cənub (İrana) və şimal (Gürcüstana) yollarını bağlamaq qərarına gələndə nə  baş verəcək. Beləliklə görünən odur ki, hazırkı hakimiyyət ölkəni parçalamağa və məhv olmağa sürükləyir.

 

KONKRET.az