Ölkə

SON DƏQİQƏ: Şagirdi döyən Təhsil müdiri Rüfət Haciyev işdən çıxdı

SON DƏQİQƏ: Şagirdi döyən Təhsil müdiri Rüfət Haciyev işdən çıxdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifədən ayrılıb.
O bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb.
“7Times.az” Rüfət Haciyevin açıqlamasını təqdim edir.
“Əziz dostlar,
Dəyərli təhsil işçiləri,
Ölkəmizdə son onillikdə həyata keçirilən təhsil islahatlarının həyata keçirilməsi prosesində daim nazirliyimizin və siz əziz həmkarlarımın dəstəyi üzərimdə olub. Bu illər ərzində daim nazirliyimizin prinsiplərinə uyğun addım atmışam. Bütün qazandığımız uğurlar və region təhsilində həyata keçirilmiş inkişaf yönümlü tədbirlər məhz sizlərin iradəsi və dəstəyi sayəsində mümkün olmuşdur. Bu uzun və şərəfli yolda məhz sizlərlə birgə addımlamışam və sizlərin ictimai rəyi mənə stimul verib. Bütün bunlara rəğmən mən bir fərd olaraq çox yorulmuşam və estafeti digərlərinə ötürməyin vaxtının çatdığını düşünürəm. Bu gün vəzifəmdən ayrılıram, lakin bütün vücudumla sizlərlə birgə nazirliyimizin təhsil siyasətini dəstəkləməkdə davam edəcəyəm. Bir daha hamınıza təşəkkür edirəm və bir təhsil işçisi olaraq sizlərin yanındayam.”
Qeyd edək ki,Rüfət Haciyev 24 noyabr tarixində Xaçmaz şəhər 4-saylı orta məktəbinin 9-cu sinif şagirdi olan 2007- ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döymüşdü.