Ölkə

SON DƏQİQƏ: Toy karvanı ağır qəzaya uğradı – Ölən və yaralananlar var

SON DƏQİQƏ: Toy karvanı ağır qəzaya uğradı – Ölən və yaralananlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöldə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri dünyasını dəyişib.

 

7Times.az report-a istinadən xəbər verir ki, tibbi yardımlara baxmayaraq, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri – 1989-cu il təvəllüdlü Davud Mürsəlovun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alan şəxs – 1998-ci il təvəllüdlü Ruslan Rüstəmovun müalicəsi davam etdirilir.

Qeyd edək ki, toy mərasimindən qayıdan şəxslərin olduğu BMW markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Zərbənin gücündən avtomobildə olanlardan birinin avtomobildən çıxaraq bir neçə metr kənara düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.