“Space TV” bundan sonra başqa formatda yayıma davam edəcək.
Axşam.az xəbər verir ki, kanalda yumor xarakterli verilişlər yayımlanacaq. Bu haqda aparıcı Turan İbrahimov bildirib.
Sözügedən telekanaldakı işdən gedən aparıcı bunun səbəbinin də “Space TV”nin efir siyasətini dəyişməsi ilə əlaqələndirib.
“Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verilişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verilişlə efirdə olmaq istəmirəm” deyə, İbrahimov paylaşımında yazıb.
Məsələ ilə bağlı kanalın baş direktoru Vado Korovinlə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verməyib.
Qeyd edək ki, V.Korovin sözügedən vəzifəyə fevralın 7-də təyin edilib. “Space” TV-nin bədii rəhbəri, rejissor İman Məcidov da Axşam.az-a açıqlamasında 17 ildən sonra kanaldan getdiyini deyib.
Follow @7timesaz