Hadisə

Şuşada dördotaqlı ev yandı

Şuşada dördotaqlı ev yandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa şəhərində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən 7times.az-a verilən məlumata görə, şəhərdə beşmərtəbəli binanın beşinci mərtəbəsində yanğın olub.

Belə ki, ümumi sahəsi 70 kvadrat metr olan dördotaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb.

Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.