Ölkə

Şuşada “Xarı bülbül” festivalı keçirilir – CANLI

Şuşada “Xarı bülbül” festivalı keçirilir – CANLIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalının açılışı olub.

7times.az xəbər verir ki, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə təşkil olunan festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilir.

Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar festivalın açılışında iştirak edib.

Mərasimdə Prezidenti İlham Əliyev nitq söyləyib.

Sonra kütləvi bayram Azərbaycan milli musiqisinin məşhur ustalarının, eləcə də Azərbaycanda yaşayan millətlərin və etnik qrupların folklor qruplarının çıxışları ilə davam edib.

Tədbirdə Azərbaycanın yaradıcı ziyalı nümayəndələri, yazıçılar, bəstəkarlar, jurnalistlər, habelə Şuşada vəzifə borcunu yerinə yetirən hərbi qulluqçular iştirak ediblər.