Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmon arasında telefon danışığı olub.
7Times.az xəbər verir ki, Tacikistan Prezidenti “Crocus”da amansız, qanlı terror aktını pisləyib və terrorçuların milliyyəti, vətəni və dininin olmadığını bildirib.
Qeyd edək ki, martın 22-də “Crocus City Hall”da törədilən terror aktında şübhəli bilinərək saxlanılan şəxslərin Tacikistan Respublikasının vətəndaşı olduğu bildirilib.
SAVASH.ORG
Follow @7timesaz