Bu gün Azərbaycanın taekvondo üzrə milli komandası Tokio-2020-də mübarizəyə başlayıb.
7Times.az xəbər verir ki, ilk olaraq 67 kq çəki dərəcəsində yarışan qadın idmançımız Fəridə Əzizova döyüş meydanına çıxıb. O, 1/8 finalda ABŞ təmsilçisi Peyc Makfersonla qarşılaşıb və 5:8 hesabı ilə məğlub olub. O, ilk raundda 2:0 hesablı qələbə qazansa da, ikinci raundda 0:5 hesabı ilə uduzub. Üçüncü raundda isə heç-heçə qeydə alınıb – 3:3.
Qeyd edək ki, Fəridə Əzizova Tokio-2020-də Azərbaycan milliisinin bayraqdarlarından biri olub.
***
Digər taekvonduçumuz Milad Beigi Hərçəqani də Tokio-2020-də mübarizəyə qoşulub. 80 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda Çin Taypeyini təmsil edən Liu Vey-Tinq üzərində 15:11 (0:0, 6:7, 9:4) hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib. Bu mərhələdə o, Özbəkistan idmançısı Nikita Rafailoviçlə görüşüb. Rəqibinə 1:12 hesabı ilə uduzan idmançımız mübarizəni dayandırıb.
Qool.az
Follow @7timesaz