Dünya

“Taliban” havaya atəş açdı – 17 ölü

“Taliban” havaya atəş açdı – 17 ölübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taliban” yaraqlılarının Kabildə havaya atəş açması nəticəsində 17 nəfər həlak olub.

7Times.az  xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. Məlumata əsasən, insident zamanı daha 41 nəfər yaralanıb.

Bildirilir ki, “Taliban” hərəkatı Pəncşirlə bağlı bayram hesab etdikləri gün münasibətilə havaya atəş açıb.

Qeyd edək ki, sentyabrın 3-ü Əfqanıstanın yeganə təslim olmayan əyaləti Pəncşirin də “Taliban”ın nəzarətinə keçdiyi barədə məlumat yayılıb. Bunun ardınca hərəkatın nümayəndələri bu hadisəni bayram etməyə başlayıblar.

Lakin bununla belə Əfqanıstanın Pəncşir əyalətində taliblərə qarşı mübarizə aparan müqavimət qüvvələri “Taliban”ın əyalətə nəzarəti ələ keçirməsi xəbərlərini təkzib ediblər.