“Taliban” Kabil hava limanına gedən yolu bağlayaraq, aeroporta heç kəsi buraxmır.
7Times.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Zabihulla Mücahid Kabildə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hava limanına xarici vətəndaşlardan başqa kimsə buraxılmayacaq.
Mücahid xarici hərbçilərlə və müxtəlif dövlətlərin Kabildəki səfirlikliklərində işləyən əfqan tərcüməçilərə də müraciət edib:
“Biz əfqan tərcüməçiləri əmin edirik, onları qoruyacağıq və onları ölkəni tərk etməməyə çağırırıq. Bu gün Kabil hava limanında baş verənlər ağrılıdır. Amerikalılar əfqanları ölkəni tərk etməyə çağırmamamlıdırlar”.
Taliblərin nümayəndəsi, həmçinin, tibb. Təhsil və yol hərəkəti sahəsində çalışanları da öz iş yerlərinə qayıtmağa səsləyib.
Follow @7timesaz