Dünya

TDT Türkiyədəki seçkilərlə bağlı rəyini AÇIQLADI

TDT Türkiyədəki seçkilərlə bağlı rəyini AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyədə keçirilən seçkilərlə bağlı bəyanat yayıb.

 

7Times.az  xəbər verir ki, TDT seçkilərlə əlaqədar 11-14 may tarixlərində Türkiyəyə Beynəlxalq Seçki Müşahidə Missiyası göndərib.

 

Qeyd olunub ki, TDT Beynəlxalq Seçki Müşahidə Missiyası Türkiyə Respublikasında prezident və 28-ci dövr parlament seçkilərinin açıq, şəffaf və rəqabətli olduğunu, Türkiyə Respublikasının milli qanunvericiliyinə və qəbul edilmiş beynəlxalq seçki standartlarına uyğun olduğunu təsdiq edir.

 

“Missiya uğurlu seçkilər münasibətilə Türkiyə Cümhuriyyətini və qardaş türk xalqını təbrik edir və seçkilərin nəticələrinin ölkənin daha da inkişafına və çiçəklənməsinə töhfə verəcəyinə inandığını bildirir”, – deyə vurğulanıb.

 

Əlavə olunub ki, missiya ümumilikdə 170 seçki məntəqəsində olub, inzibati orqanların və ya hüquq-mühafizə orqanlarının əməkdaşlarının seçki məntəqələrində işlərə müdaxilə etdiyinə dair heç bir sübut aşkar etməyib. Həmçinin səsvermə günü insanların iradə azadlığını təmin etmək üçün bütün zəruri tədbirlər görülüb. Seçkinin nəticələrinə təsir edə biləcək ciddi texniki problem aşkarlanmayıb.(apa)