“İran hökuməti virtual məkanı məhdudlaşdırmaq üçün plan hazırlayıb”.
Publika.az İran mediasına istinadla xəbər verir ki, bunu İranın sabiq prezidenti Mahmud Əhmədinejad deyib.
O, hazırkı rejiminin ölkədə virtual məkanı məhdudlaşdırmaq məqsədilə plan hazırladığını bildirib.
“Yığıncaqlara icazə vermirsiniz. Xalqın mediası yoxdur. Hətta seçkilərdə belə gəlib səs verməməklə və ya etibarsız saymaqla öz fikrini bildirəndə belə, ona qulaq asmırsınız. İndi də virtualı bağlamaq istəyirsiniz?” – Əhmədinejad hakimiyyətə səslənib.
Follow @7timesaz