Ölkə

“Təhsildə daha dərin korrupsiya hallarına yol açmışıq” — “Nazirlik bundan xəbərdardır”

“Təhsildə daha dərin korrupsiya hallarına yol açmışıq” — “Nazirlik bundan xəbərdardır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov  məktəblərdə şagirdlər arasında baş verən neqativ halların aradan qaldırılması üçün təklif irəli sürüb. Onun fikrincə, təhsildə mövcud problemlərin araşdırılması üçün ayrıca mərkəzin fəaliyyətinə ciddi ehtiyac var: “Məktəbin işi yalnız təhsil vermək deyil, məktəb həm də tərbiyə müəssisəsidir. Tədrislə tərbiyə işi paralel aparılmalıdır və belə hadisələrin baş verməməsi üçün tərbiyə işinə daha çox önəm verilməlidir”. 

Deputatın fikirlərinə münasibət bildirən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, məktəbdə tərbiyə sistemində mövcud olan problemləri yaradan səbəblər var və bu səbəblərin aradan qaldırılması üçün sistemli şəkildə iş görmək lazımdır. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, təhsil sistemində bu sahə ilə əlaqəli olan insanlar çalışmalıdırlar:

“Nə qədər ki, nəticələr üzərində vaxt itirəcəyik, onlarla mərkəz yaradılsa da heç bir faydası olmayacaq.

Bu gün ölkənin tərbiyə konsepsiyası, ideoloji əsasları yoxdur, bu o deməkdir ki, ölkə təhsilinin təməli yoxdur. Bu problemi 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində ölkə Prezidenti də qaldırdı. Hazırda təhsildə tərbiyə konsepsiyasının olmaması ciddi çətinliklər yaradır.

İkinci ən böyük problem təhsildə kadr məsələsidir. Xarici dil bilməklə təhsil sistemini idarə etmək fərqli məsələlərdir. İllərdir təhsil sistemində çıxılmaz labirintə düşmüşük. Bir vaxt düşünürdük ki, biz təhsildə korrupsiya ilə mübarizə aparırıq, sonra aydın oldu ki, əslində korrupsiya ilə deyil, sadə korrupsiya hallarını aradan qaldırıb daha dərin korrupsiya hallarına yol açmışıq. Təhsildə müsbət istiqamətə aparacaq bütün çıxışları bağlamışıq. Hansısa bir mərkəzin yaradılması nəyisə həll etməyəcək.

Ölkə təhsili bilərəkdən və ya bilməyərəkdən çox ciddi problemlərlə üz-üzə qoyulub və ildən-ilə dərinləşir. Cəmiyyət olaraq qarşımıza nəticələr qoyulur, onları aradan qaldırmaq yolları müzakirə edilir. Buna da nail ola bilmirik. Düşünürəm ki, aidiyyəti qurumlar, eləcə də Elm və Təhsil Nazirliyi vəziyyətdən xəbərdardır. Yəqin ki, çıxış yolları üzərində işlənilir”.