Teleqram sosial şəbəkəsində pornoqrafik kanal yaradan daha bir gənc məsuliyyətə cəlb olunub.
7Times.az qafqazinfo-ya istinadən xəbər verir ki, pornoqrafik materialların yayılması ilə məşğul olan Siyəzən sakini, 2000-ci il təvəllüdlü A.Muradov (şərti) barəsində cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialların qanunsuz yayılması) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, ailəli və ali təhsilli olan A.Muradov daha əvvəl törətdiyi başqa xarakterli cinayətə görə şərti azadlıqda olub. O, sınaq müddətində teleqramda kanal yaradaraq buraya çoxsaylı foto və videoları toplayıb. Səhifənin 5-6 min nəfərədək izləyicisi olub, həmçinin reklam paylaşımları edilib.
Qeyd edək ki, daha əvvəl də teleqramda pornoqrafik kanallar açan bir neçə gənc cinayət məsuliyyətinə cəlb edilib.
Follow @7timesaz