İdman

Teymur Rəcəbov 3-cü yer uğrunda vacib qələbə qazandı

Teymur Rəcəbov 3-cü yer uğrunda vacib qələbə qazandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Champions Chess Tour” seriyası çərçivəsində “Opera Euro Rapid” turnirinin üçüncü mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqrav ilə üçüncü yer uğrunda ilk qarşılaşmanı keçirib.

7times.az xəbər verir ki, şahmatçımız fransalı rəqibi ilə ilk partiyanı heç-heçə ilə başa vursa da, ikinci partiyada inamlı qələbə qazanıb. Sonrakı oyunda rəqibinə məğlub olan şahmatçımız son partiyada üstün oyun nümayiş etdirməklə ümumi hesabda irəli çıxıb. Beləliklə, birinci matçda T.Rəcəbov 2,5:1,5 hesab ilə qələbə qazanıb.

Qeyd edək ki, fevralın 14-də cavab oyunları keçiriləcək. İki gün ərzində keçiriləcək oyunlarda qalib müəyyənləşməsə tay-breyk oynanılacaq.

Bu gün, həmçinin final oyununun birinci matçında hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.