Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinin final mərhələsinin iştirakçıları müəyyənləşib.
7times.az xəbər verir ki, yarımfinalın dörd partiyadan ibarət ikinci dövrəsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov Maqnus Karlsenə məğlub olub. Qeyd edək ki, şahmatçıların yarımfinalın birinci dövrəsindəki görüşü heç-heçə başa çatmışdı.
Digər yarımfinal qarşılaşmasında isə ABŞ şahmatçısı Uesli So Rusiya təmsilçisi Yan Nepomnyaşi üzərində qələbə qazanıb.
Beləliklə, finalda M.Karlsenun rəqibi U.So olacaq. T.Rəcəbov Y.Nepomnyaşi ilə üçüncü yer uğrunda mübarizə aparacaq.
“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.
Follow @7timesaz