Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsində 1/4 finaldakı rəqibi müəyyənləşib.
7times.az xəbər verir ki bu, qrossmeysterimiz bu mərhələdə Niderland şahmatçısı Aniş Giri ilə qarşılaşacaq. Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.
1/4 final cütlərinin tərkibi:
Maqnus Karlsen (Norveç) – Daniil Dubov (Rusiya)
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (AZƏRBAYCAN)
Uesli So (ABŞ) – Yan Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) – Maksim Vaşye-Laqrav (Fransa)
Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
Follow @7timesaz