Tokio Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında daha 18 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.
7Times.az xəbər verir ki, bu barədə Oyunların təşkilat komitəsinin saytında avqustun 3-də yerləşdirilən hesabatda bildirilir.
Onlardan birinin sinxron üzgüçülük üzrə Yunanıstan komandasının üzvü olduğu qeyd edilir. Hazırda həmin idmançı karantinə alınıb.
Beləliklə, Oyunlarla əlaqəli şəxslər arasında ümumi yoluxanların sayı 294 nəfərə çatıb. Həmçinin, iyulun 1-dən Olimpiya Oyunlarına hazırlıq və yarışların gedişində 500 mindən çox koronavirus testi götürüldüyü qeyd edilir.