Tokio-2020 Yay Olimpiya Oyunlarının futbol yarışlarında ilk yarımfinalçı müəyyənləşib.
7Times.az xəbər verir ki, 1/4 finalda Kot-d İvuar yığmasını 5:2 hesabı ilə məğlub edən İspaniya millisi adını növbəti mərhələyə yazdırıb.
Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 10-cu dəqiqədə Afrika təmsilçisinin heyətində Erik Bayi fərqlənib. Yarım saatın tamamında Dani Olmo hesabı bərabərləşdirib. Matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Maks Qradel Kot d İvuarı yenidən önə keçirib. Lakin 2 dəqiqə sonra Rafael Mir tarazlığı bərpa edib.
Pireneylilər əlavə vaxtda daha 3 qol vurublar. 98-ci dəqiqədə Mikel Oyarsabal fərqlənib. 117 və 120+1-ci dəqiqələrdə rəqib qapısına yol tapan Mir həm het-trikini, həm də komandasının qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, İspaniya millisi yarımfinalda Yaponiya – Yeni Zelandiya cütünün qalibi ilə qarşılaşacaq.
Follow @7timesaz