Mövsümün sonunda “Bayern Münhen”dən ayrılacaq hücumçusu Tomas Müller okeanın o tayına üz tutacaq.
7Times.az xəbər verir ki, MLS komandası “Los Anceles” alman futbolçunu transfer etməyə hazırlaşır.
Bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, klublararası dünya çempionatı başa çatdıqdan sonra müqaviləsiz qalacaq 35 yaşlı forvard Amerika klubuna azad agent kimi yollanacaq.
“Bayern” Bundesliqanın 33-cü turunda Münhenqladbax “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib ki, bu, Müllerin münhenlilərin öz meydanında son oyunu olub. Final fitindən sonra futbolçu azarkeşlərlə vidalaşıb.
Tomas Müller “Bayern”də bütün karyerası ərzində 750 matçda iştirak edib, 248 qol vurub və 274 məhsuldar ötürmə edib. O, Almaniya nəhəngində 13 dəfə ölkə çempionu olub, 8 dəfə ölkə superkubokunu, 6 dəfə kuboku qazanıb. O, həmçinin iki Çempionlar Liqasının, iki UEFA Superkubokunu və iki klublararası dünya çempionatının qalibi olub.
Fanat.Az
Follow @7timesaz